...

Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb

Cəmiyyət Materials 23 Sentyabr 2020 17:30 (UTC +04:00)
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb

Bakı. Trend:

“Diş fırçanı kiminləsə bölüşürsən?”- təbii ki, bu suala hər kəs “Xeyr!” cavabı verəcək. “Unibank”ın kart məlumatlarının təhlükəsizliyi ilə bağlı hazırladığı maarifləndirici video çarx bu sualla başlayır. İlk baxışdan diş fırçası ilə bank kartı arasında heç bir bağlılıq olmasa da, hər iki əşyanın başqası ilə paylaşılmasının nə qədər təhlükəli olduğunu görürük. Diş fırçamızdan başqa birinin istifadəsi səhhətimiz üçün nə qədər təhlükə yaradırsa, bank kartı məlumatlarının kiməsə verilməsi də maliyyə təhlükəsizliyimiz üçün o qədər ciddi təhdiddir.

“Unibank”ın maarifləndirici çarxında günlük həyatımızdan götürülmüş sadə dialoqla, bir qədər də zarafatyana formada insanlara kart məlumatlarının kimləsə paylaşmağın nə qədər ciddi fəsadlara səbəb olacağı çatdırılır. Kart məlumatlarını dələduzlardan qorumağın sadəcə bir yolu var- bu məlumatları heç kimlə paylaşmamaq.

Xüsusən də Bankınız tərəfindən sizə göndərilən 3D təhlükəsizlik kodunu heç kimlə paylaşmayın! Kartınıza aid bütün məlumatlar yalnız sizə məxsusdur. Bu məlumatları da diş fırçanız kimi heç kimlə bölüşməyin.

Maarifləndirici video çarxı bu linkdən izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti