...

www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2020 16:50 (UTC +04:00)
www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub (FOTO)

Bakı. Samir Əli - Trend:

23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.

Trend-in məlumatına görə, yeni sayt vasitəsi ilə vətəndaşların “ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.

Həmçinin istifadəçilər müvafiq sayt vasitəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də əks olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti