...

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiqlənib

Cəmiyyət Materials 25 Noyabr 2020 09:38 (UTC +04:00)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiqlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiq edilib.

Trend-in məlumatına görə, şuranın üzvləri TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti