Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, plastik kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.
Beləliklə, dekabr ayının 15-də başlayan yeni kampaniyanın şərtlərinə əsasən 3 ay ərzində ümumi ödəniş dövriyyəsinin faiz etibarilə ən böyük hissəsini nağdsız surətdə həyata keçirən PAŞA Bank VISA kart sahibləri arasından ilk 500 müştəri qalib seçiləcək.
Qalib seçilən müştərilərə “iWatch” “ağıllı” saatları, “Pocketbook” elektron kitabları və başqa dəyərli hədiyyələr təqdim olunacaq. Kampaniya çərçivəsində birinci yeri qazanan PAŞA Bank VISA kart sahibinə “iPhone XS” mobil telefonu hədiyyə ediləcək.
Kampaniya 2021-ci il, mart ayının 15-ə kimi qüvvədə olacaq.
Qeyd edək ki, hökumət ödənişləri, kütləvi ödənişlər, kredit və ipoteka ödənişləri, o cümlədən, "Quasi-Cash", "Uniquе" tipli ödənişlər və "Card-to-Card" köçürmələri kampaniyada iştirak etmir. Kampaniya müddəti ərzində bir neçə müştərinin göstəriciləri eyni olduğu halda qalib seçimində əməliyyat sayı nəzərə alınacaq. Hər iki göstərici eyni olduğu halda isə müştərilərin ümumi nağdsız dövriyyəsinin məbləği əsas götürüləcək.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.