...

Unibank şəhidin ailəsinə ev hədiyyə edir

Cəmiyyət Materials 25 Dekabr 2020 18:15 (UTC +04:00)
Unibank şəhidin ailəsinə ev hədiyyə edir

Bakı. Trend:

Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək. Müharibənin ilk günlərindən könüllü şəkildə Vətənimizin müdafiəsinə yollanan Tural Məmmədov, Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Özü yaralı olduğu halda, neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanından kənarlaşdıraraq xilas edib. 21 yaşlı şəhidimiz Böyük Zəfər tariximizi öz qəhrəmanlıq dastanları ilə yazan igidlərimizdən biridir.

Turalın anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə yaşadığından, Unibank rəhbərliyinin qərarı ilə onların ev problemi yaxın günlərdə həllini tapacaq. Unibank şəhidimizin ailəsinin Bakı şəhərində evlə təminatını həyata keçirəcək. Artıq evin alınması istiqamətində işlərə başlanılıb. Şəhidimizin ailə üzvlərinə bu haqda məlumat verilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.

Bizə böyük qələbəni yaşadan, təqvimimizə şanlı Zəfər gününü yazan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti