...

Müharibə iştirakçıları və onların ailə üzvləri arasında intihara cəhdlərin qarşısı alınıb - ƏƏSMN

Cəmiyyət Materials 26 Yanvar 2021 13:02 (UTC +04:00)
Müharibə iştirakçıları və onların ailə üzvləri arasında intihara cəhdlərin qarşısı alınıb - ƏƏSMN

Bakı. İlhamə İsabalayeva - Trend:

Psixoloqlarımızın dəstəyi sayəsində müharibədə iştirak edən şəxslər və ya onların ailə üzvləri arasında bir neçə dəfə intihar cəhdinin qarşısı alınıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, belə şəxslər üçün psixoloq dəstəyi onlayn formada həyata keçirilir:

"Xoşagəlməz hallarla üzləşən şəxslər onlayn psixoloji dəstək almaq üçün 050 406-75-85 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hazırda bu istiqamətdə 5 peşəkar psixoloq işləyir. Lazım olduğu təqdirdə evlərə də gedirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti