...

Azərbaycan COVAX mexanizmi vasitəsilə 506 min doza vaksin alacaq

Cəmiyyət Materials 4 Fevral 2021 10:15 (UTC +04:00)
Azərbaycan COVAX mexanizmi vasitəsilə 506 min doza vaksin alacaq

Bakı. Orxan Nəbiyev - Trend:

COVAX beynəlxalq mexanizmi iştirakçı ölkələr arasında koronavirus vaksininin paylaşdırılması ilə bağlı ilkin proqnozlarını açıqlayıb.

Trend-in məlumatına görə, COVAX-ın təqdim edəcəyi "AstraZeneca" və Oksford Universitetinin vaksinləri fevral ayından gec olmayaraq paylanmağa başlayacaq.

Ən çox vaksin dozasını Hindistan əldə edəcək. Bu ölkəyə 97 milyondan çox dozanın ayrılması proqnozlaşdırılır. Banqladeşə 12,8 milyona yaxın, Braziliyaya 10,6 milyondan çox vaksin veriləcək.

COVAX mexanizmi Azərbaycana 506 min doza vaksinin veriləcəyini proqnozlaşdırıb.

Region ölkələrindən Gürcüstana 214 min, Ermənistana 146 min vaksinin verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti