...

DİN Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsünün döyülməsi iddialarına cavab verdi

Cəmiyyət Materials 9 Fevral 2021 18:44 (UTC +04:00)
DİN Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsünün döyülməsi iddialarına cavab verdi

Bakı. Samir Əli - Trend:

Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb.

İddialarla bağlı Trend-ə açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır.

Vətəndaşın Sumqayıt şəhərində iritutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəkələrdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Ailə üzvlərinin ictimai təhülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

Daha böyük faciə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyyədə göyərmə, ödem (şişkinlik) yaranıb.

Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib.

Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması nəticələnən hala görə ekspertiza təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti