...

Bərdədə Xudayar Yusifzadə və digər şəhidlərə məzar daşı qoyulub - Trend TV-nin REPORTAJI

Cəmiyyət Materials 17 Fevral 2021 18:12 (UTC +04:00)
Bərdədə Xudayar Yusifzadə və digər şəhidlərə məzar daşı qoyulub - Trend TV-nin REPORTAJI

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xudayar Yusifzadənin Bərdə şəhər Şəhidlər Xiyabanındakı məzarının üstünə başdaşı və sinədaşı qoyulub.

Trend-in məlumatına görə, ərazidə olan digər Vətən müharibəsi şəhidlərinin də məzarının üstü götürülüb. Bundan əlavə, Bərdə şəhər Şəhidlər Xiyabanında abadlıq işləri də görülüb. Ətrafa daşlar döşənib, yaşıllıq ərazi təmizlənib.

Qeyd edək ki, 22 yaşlı kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

"Vətən yaxşıdır" mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə və "Zəngilanın azad olunmasına görə" medalına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti