...

Gecə küçədə yatan şəxs evsiz yox, sərxoş olub - Agentlik

Cəmiyyət Materials 24 Fevral 2021 12:54 (UTC +04:00)
Gecə küçədə yatan şəxs evsiz yox, sərxoş olub - Agentlik

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda Qələbə daiəsi yaxınlığında -"Bakumall"un qarşısında gecə saatlarında küçədə bir nəfərin yatması ilə bağlı sosial şəbəkədə yayılan məlumata rəsmi açıqlama verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Trend-ə bildirib ki, ərazidən polis bölməsinə aparılan həmin şəxs sərxoş vəziyyətdə olub. O, polis bölməsində ayıldıqdan sonra evsiz olmadığını açıqlayaraq oranı tərk edib:

"Onun şəxsiyyəti polis bölməsi tərəfindən müəyyən edilib. Məlumata görə, həmin şəxsdə davamlı alkoqol asılılığı var. Artıq həmin şəxs qeyd edilən ərazidə deyil, lakin agentliyin əməkdaşları bu məsələni yenə də nəzarətdə saxlayırlar. Evsiz olacağı təqdirdə onun sığınacağa yerləşdirilməsi üçün bütün tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti