...

Xudavəng monastrı ermənilərə məxsus deyil - Agentlik sədri

Cəmiyyət Materials 26 Fevral 2021 12:16 (UTC +04:00)
Xudavəng monastrı ermənilərə məxsus deyil - Agentlik sədri

Bakı. Samir Əli - Trend:

Xudavəng monastrı ermənilərə məxsus deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.

O deyib ki, bu barədə Agentlik tərəfindən xüsusi axtarış və tədqiqatlar aparılır: "Onun tikildiyi ərazi, monastır kompleksi barədə qədim mənbələrdə məlumatlar var. Bunlar qədim mənbələrdə "svordik" kimi göstərilən suvarların ərazilərində tikilib. Qədim yazılı abidələri götürsək, bunun kimə məxsus olduğunu görəcəyik. Biz hər il beynəlxalq konfranslar təşkil edir, abidələrin bizə məxsus olduğunu beynəlxalq aləmin nəzərinə çatdırır, bu məsələləri işıqlandırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti