...

Səhiyyə Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

Cəmiyyət Materials 12 Mart 2021 16:55 (UTC +04:00)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən Trend-ə bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınmışdır və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti