...

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib

Cəmiyyət Materials 18 May 2021 19:08 (UTC +04:00)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı mayın 18-nə nəzərdə tutulan cədvələ uyğun təqdim edilib.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti