...

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb (FOTO)

Cəmiyyət Materials 30 May 2021 14:54 (UTC +04:00)
Çikaqoda Azərbaycan bayrağı ucaldılıb (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Çikaqo şəhərində 28 may – Respublika Günü münasibətilə aksiya keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, aksiya zamanı Çikaqo şəhərinin mərkəzində yerləşən "Daley Center"də Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb.

Azərbaycan bayrağının 3 gün ərzində həmin ərazidə dalğalanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti