...

"Bakı Metropoliteni" maşinistlərin maaşının azaldılması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 13 İyul 2021 16:13 (UTC +04:00)
"Bakı Metropoliteni" maşinistlərin maaşının azaldılması məsələsinə aydınlıq gətirdi

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) pandemiya dövründə fəaliyyətini dayandırdığı müddətdə maşinistlərin əməkhaqlarının azaldılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, metropolitenin əməkhaqqı verilməsi prosesində özünəməxsus qaydaları var: "İlk növbədə, məvaciblərin ödənilməsi tarif üzrə həyata keçirilir. Bu prosesdə heç bir azalma olmayıb. Lakin "Bakı Metropoliteni"ndə iş xüsusiyyətlərinə görə maşinistlərə əlavə ödənişlər edilir. Yəni bu, qanunvericiliyə uyğun olaraq maaşa əlavədir. Məsələn, gecə növbəsində, ağır əmək şəraitində çalışanlar və digər işlərdə işləyən şəxslərə maaşlarına əlavə hesablanır. Pandemiya dövründə əgər işçi gecə növbəsinə çıxırsa, pandemiyadan asılı olmayaraq, həmin şəxslərə maaşa əlavələr ödənilib. Pandemiya dövründə metropolitenin fəaliyyətində müəyyən məhdudiyyətlər var idi. Ona görə də gecə növbəsində işə çıxmayan maşinistlərə əlavə ödənişlər hesablanmırdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti