...

Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Cəmiyyət Materials 14 İyul 2021 16:12 (UTC +04:00)
Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Bakı. Çingiz Səfərli - Trend:

2020-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rəsmi qeydiyyatda olan 33 min 788 narkotik istifadəçisi var.

Trend xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, narkotik istifadəçilərinin 618-i qadındır: “9 nəfər 15-17 yaş arasında olanlardır. Əvvəlki illərlə müqayisədə fərq elə də çox deyil. Lakin qeydiyyatda olmayanlar da var. Fikrimcə, artım var, lakin o qədər də böyük deyil".

Xəbər lenti

Xəbər lenti