...

Baş Prokurorluq günün rəqəmini açıqladı

Cəmiyyət Materials 27 İyul 2021 10:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.​

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu günün rəqəmi isə 444-dür.

Belə ki, 2020-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti