...

Deputat Könül Nurullayeva seçiciləri ilə səyyar görüş keçirib (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2021 12:01 (UTC +04:00)
Deputat Könül Nurullayeva seçiciləri ilə səyyar görüş keçirib (FOTO)

Bakı. Trend:

Deputat Könül Nurullayeva keçirilən səyyar görüş çərçivəsində Nizami rayon sakinləri tərəfindən səsləndirilən problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.

Trend-in məlumatına görə, avqustun 5-də millət vəkili K.Nurullayeva Nizami Rayon İcra Hakimiyyətinin aparatı və Rayon Təsərrüfatı Şöbəsinin Müdiri ilə birgə E.Süleymanov küçəsi 118, R.Rüstəmov küçəsi 76 və 76b ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib, onların təklif və problemlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar veriblər.

Səsləndirilən müraciətlər arasında yaşayış binalarının cari təmirə ehtiyacı, həyətyanı sahələrdə sakinlər üçün istirahət və park zonalarının salınması, abadlıq işlərinin aparılması məqsədilə su təminatının zəruriyyəti, məhəllələrə oturacaqların qoyulması, azyaşlı uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə bina qarşısına piyada keçidinin salınması və işıqfor sisteminin yaradılması, məktəbli uşaqlar üçün inkişaf mərkəzlərinin qurulması və uşaq yaradıcılıq məktəblərinin sayının artırılması, ağacların əkilməsi və yaşıllıq işlərinin aparılması ilə bağlı şikayət və təkliflər yer almaqdadır.

Səyyar qəbul çərçivəsində R.Rüstəmov küçəsi 76b ünvanında yerləşən 1-ci Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binada yaşayan sakinlər ilə görüş keçirilib və onların problemləri dinlənilib. Həmçinin, pensiya və əlil arabası ilə təmin olunmaq üçün fərdi məsələlər ilə bağlı deputata müraciətlər olunub.

Görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti