...

Millət vəkili Sevil Mikayılova seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2021 14:08 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda olub. Mütəmadi olaraq, seçiciləri ilə görüşən millət vəkili bu dəfə rayonun Pirquluoba inzibati ərazi dairəsi üzrə Yeni Sudur, Qoçaqlı və Hacıməmmədoba kəndləri, Yeni Həyat inzibati ərazi dairəsi üzrə Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndi və Çaykənarı inzibati ərazi dairəsi üzrə Çaykənarı və Gödəkli kəndlərinin sakinlərini qəbul edib.

Trend-in məlumatına görə, görüşlər zamanı sakinlər əsasən sosial xarakterli müraciətlər səsləndiriblər. S.Mikayılova hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Seçicilərin problemlərinə diqqətlə yanaşan S.Mikayılova bildirib ki, qaldırılan bütün məsələlər ətraflı araşdırılıb müvafiq qurumlara müraciət ediləcək və məsələlərin həlli diqqətdə saxlanılacaq.

Millət vəkili qəbula gələn vətəndaşlara pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi, ölkədə aparılan peyvəndləmə prosesinə aktiv qoşulmağı da tövsiyə edib.

Görüşdə iştirak edən seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.

S.Mikayılova həmçinin Pirquluoba kəndinin şəhidi Çobanov Orxanın, Yeni Sudur kəndinin şəhidi Muradov Zakirin və Çaykənarı kəndinin şəhidi Xurşudov Nazirin xatirəsinə açılan üç şəhid bulağını ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti