Bakı. Samir Əli - Trend:
Bütün dünyada ana südü uşaq ölümlərinin sayını azaldan ən önəmli faktorlardandır.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
Baş pediatr qeyd edib ki, uşağın sağlam və yaddaşlı böyüməsi üçün ana südü vacibdir: "İstərdim ki, valideynlər süd olmayan zaman bunun səbəbini araşdırsınlar. Mütləq 6 ayına qədər uşağa ana südü verilməlidir. Bundan sonra əlavə qidaya keçilə bilər”.
Twitter: @GuleliyevSamir