...

ADA Universiteti Reza Deqatinin ekoloji terroru əks etdirən şəkillərini təqdim edir (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2021 21:16 (UTC +04:00)
ADA Universiteti Reza Deqatinin ekoloji terroru əks etdirən şəkillərini təqdim edir (FOTO)

Bakı. Trend:

ADA Universiteti tanınmış fotojurnalist Reza Deqatinin ermənilər tərəfindən törədilən ekoloji terroru əks etdirən şəkillərini təqdim edir.

Universitetdən Trend-ə verilən məlumata görə, şəkillərlə bağlı bu məlumatlar qeyd edilib:

“Oxçuçay Ermənistandan başlayaraq, Azərbaycan ərazisindən keçir və Xəzər dənizinə tökülməzdən əvvəl İran və Azərbaycan arasındakı təbii sərhəd olan Araz çayına birləşir.
Ermənistan tərəfində iki böyük mədən zavodu mövcuddur: Qacaran-Zəngəzur mis-molibden və Qafan dəmir filizi emalı fabriki.

İstehsal zamanı ağır metallarla çirklənmiş su Oxçuçaya tökülür.

Almaniyanın "Croniment" mədən şirkəti Ermənistanın Zəngəzur mis-molibden zavodunun 60% səhmlərinə sahibdir. Onların internet səhifələrində "Metallar bizim ehtirasımızdır" deyilir.

Çaydakı nikelin miqdarı normadan 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə yüksəkdir.

Mart ayında çaydakı forel və digər balıqların kütləvi məhvi müşahidə olunub.Belə görünür ki, çay erməni istehsalçıları tərəfindən sənaye tullantılarının ölkə ərazisindən Azərbaycana göndərilməsi məqsədilə kollektor kimi istifadə olunur.
Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb və beynəlxalq öhdəliklər götürməyib. Xəzər dənizinə tökülməzdən əvvəl həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz bir ekoloji fəlakət müşahidə olunur”.
Qeyd edək ki, ADA Universiteti Reza Deqati ilə birgə Qarabağın tarixi irsini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə tanıtmaq üçün yeni layihəyə başlayıb. Layihə çərçivəsində “Qarabağın ruhu” (“The Soul of Karabakh”) veb-səhifəsi işıq üzü görəcək. Hazırda veb-sayt hazırlıq mərhələsindədir.

Saytda Reza Deqatinin 1992-ci ildən, Birinci Qarabağ müharibəsindən indiyədək Qarabağla bağlı çəkdiyi və beynəlxalq sərgilərdə nümayiş etdirdiyi şəkilləri yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti