...

Azərbaycanda bütün kanallar "Full HD" yayıma keçə bilər - Nazirlik

Cəmiyyət Materials 31 Avqust 2021 11:33 (UTC +04:00)
Azərbaycanda bütün kanallar "Full HD" yayıma keçə bilər - Nazirlik

Bakı. Çingiz Səfərli - Trend:

"Full HD yayım üçün bütün avadanlıqlarımız var. Kanallar istəsə, biz bu yayımı təşkil edə bilərik".

Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, hazırda ölkədə yayımlanan bütün televiziya kanallarının HD yayım çıxışı var:

""Xəzər", "ARB", "ARB 24", "CBC sport", "Space TV", "İctimai TV", "Azad Azərbaycan", "AzTV", "Mədəniyyət TV", "İdman TV" və "Real TV" HD formatda yayımlanır. 10 proqram isə həm də SD formatda da verilir. Çünki əhalidə HD çıxışı olmayan televizorlar da var. Qeyd edək ki, HD proqramlar həm keyfiyyətinə, həm də informasiyanın ötürülmə sürətinə görə SD formatdan daha üstündür. Bizim hər cür avadanlığımız var. Kanalların istəyindən asılı olaraq biz onların proqramlarını istənilən formatda yayımlaya bilərik".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti