...

9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

Cəmiyyət Materials 4 Sentyabr 2021 19:38 (UTC +04:00)
9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır

Bakı. Trend:

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

Bu barədə Trend-ə siyasi partiyalardan məlumat daxil olub.

Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti