...

Ali məktəblərə qeydiyyat başlayır

Cəmiyyət Materials 6 Sentyabr 2021 12:38 (UTC +04:00)
Ali məktəblərə qeydiyyat başlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbə adını qazanmış şəxslər 20 sentyabr 2021-ci il tarixinədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti