Bakı. Çinigiz Səfərli - Trend:
Yeni tədris ili ilə bağlı qərar sabah açıqlanacaq.
Trend xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O, bildirib ki, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.