...

Azərbaycanda 2 077 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

Cəmiyyət Materials 14 Sentyabr 2021 18:31 (UTC +04:00)
Azərbaycanda 2 077 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 077 yeni yoluxma faktı qeydə alınıb, 3 725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti