...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2021 18:38 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 061 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 745 851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 551 501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 194 350 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti