...

Hərbi Liseyin kursantları ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2021 12:59 (UTC +04:00)
Hərbi Liseyin kursantları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları müxtəlif mövzularda mühazirələr oxuyublar.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti