...

Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı

Cəmiyyət Materials 22 Sentyabr 2021 11:37 (UTC +04:00)
Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlandı

Bakı. Humay Ağacanova - Trend:

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

Bunu Trend-ə jurnalistin qardaşı Rəşad Şükürov deyib.

O bildirib ki, jurnalistin vəziyyəti ağır stabildir: “Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün o, ECMO cihazına qoşulub”

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti