Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 009 yeni yoluxma faktı qeydə alınıb, 1 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb, 6 611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 181 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 828, ötən müddət ərzində isə ümumilikdə 4 912 156 test aparılıb.