...

Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası

Cəmiyyət Materials 22 Oktyabr 2021 14:23 (UTC +04:00)
Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası

Bakı. Fərid Zöhrabov -Trend:

Bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından bir il ötür.

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun anım mərasimində Trend-ə danışıb.

R.Qurbanova bildirib ki, Xudayarın səsi bütün şəhidlərimizin səsidir:

"Məndən soruşanda ki, bu səsin mənbəyi haradandır, deyirəm tapa bilməzsiniz. Ona görə ki, onun oxuduğu mahnıda bütün şəhidlərimizin səsi var. Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar. Dumanlar başında şəhidlərimiz, qazilərimiz, hərbçilərimiz torpaqlarımızı düşmən işğalından azad etdilər. Bizə belə oğullarla bundan sonra da düşmən heç nə edə bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin."

Qeyd edək ki, Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti