...

Həkim tövsiyəsi olmadan dərman qəbulu təhlükəlidir - TƏBİB

Cəmiyyət Materials 29 Oktyabr 2021 14:47 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etmək təhlükəlidir.

Trend-in məlumatına görə, bunu “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: “Bu zaman həkim nəzarəti olduğu üçün ciddi əlavə təsirlər müşahidə edilmir. Ancaq bəzən insanlar özləri antiviral, infeksiya əleyhinə və digər dərman vasitələri qəbul edirlər. İnfeksiya əleyhinə dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti