...

Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2021 12:25 (UTC +04:00)
Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)

Bakı. Trend:

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan 15 vətəndaşımız tərəfindən Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Trend-in məlumatına görə, görüşdə K.Nurullayeva ümumilikdə 12 vətəndaşı fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Deputat Qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq səviyyəsinin yüksəldilməsi, əlilliyin təyin edilməsi, Vətən müharibəsi qazisinin bankla arasında yaranan anlaşılmazlıq və əlillik pensiyasının əsassız səbəbdən kəsilməsi ilə bağlı məsələlər başlıca yer alıb.

Qəbulun sonunda K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti