...

Çikaqonun mərkəzində Zəfər Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Noyabr 2021 04:55 (UTC +04:00)
Çikaqonun mərkəzində Zəfər Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

ABŞ İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya "The Daley Center" binası qarşısında Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşkilatçılığı ilə baş tutub.

Aksiyanın məqsədi yerli ictimaiyyətin diqqətini Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin birinci ildönümünə cəlb etmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti