...

Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2021 18:38 (UTC +04:00)
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Buzovna şəhidlər xiyabanında Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib.

Trend xəbər verir ki, mərasimdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon təşkilatı sədri Namik Əhmədov, millət vəkili Rauf Əliyev, “Qayğı” cəmiyyətinin sədri Müşviq Əliyev, Xəzər rayon Veteranlar Birliyinin sədri Rasət Tağıyev, Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri Arif Əliyev, şəhidin ailə üzvləri və qohumları,Xəzər rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon təşkilatı sədri Namik Əhmədov, millət vəkili Rauf Əliyev, “Qayğı” cəmiyyətinin sədri Müşviq Əliyev, Xəzər rayon Veteranlar Birliyinin sədri Rasət Tağıyev, Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri Arif Əliyev çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün Şəhidlərimizə rəhmət diləmişlər.

Sonda Şəhidlərimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti