...

Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2021 14:43 (UTC +04:00)
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏT Gənclər Forumu ARM) təşkilatçılığı və Qazaxıstan Respublikasının hakim partiyası “Nur Otan”ın gənclər qanadı “Jas Otan”, Özbəkistan Respublikasının Gənclərlə İş üzrə Agentliyi və Gənc Sahibkarlığa Dəstək Mərkəzinin tərəfdaşlığı ilə Orta Asiya ölkələrində fəaliyyət göstərən bir qrup gənc üçün sahibkarlıq üzrə vebinar formatında konfrans keçirilib.

İƏT Gənclər Forumu ARM bu proqramı həyata keçirməkdə əsas məqsədi liderlik və sosial sahibkarlıq baxımdan cəmiyyətin aktiv hissəsi olmaq üçün gənclərə imkanların yaradılması, onların bu sahədə öz plan və fəaliyyətlərini həyata keçirmək üçün lazımi biliklərin əldə edilməsi, eləcə də rəqəmsal marketinq, liderlik, sosial sahibkarlıq və beynəlxalq təşkilatların idarə edilməsi üzrə şəbəkənin yaradılması üçün şərait yaratmaqdır.

Özbəkistanın ModMe.uz təhsil onlayn platformanın texniki rəhbəri, uşaqlar üçün İT MARS məktəbinin yaradıcılarından biri Ruslan Yuldaşev və Azərbaycandan olan BUTA Art & Sweets və Sosial Biznes üzrə Gənclik Mərkəzinin yaradıcısı, iş adamı Sara Rəcəblinin “Gənc sahibkarlıq”, “Sosial sahibkarlıq”, “Rəqəmsal marketinq”, “Liderlik və özünüinkişaf” və “Beynəlxalq təşkilatlarla iş” mövzuları üzrə mühazirələr oxuduğu vebinar konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan 50-yə yaxın gənc iştirak edib.

Qeyd etmək lazımdır ki, 2011-ci ildən etibarən, İƏT Gənclər Forumu ARM-nin təşəbbüsü ilə İƏT ölkələrində Gənc İş Adamları Şəbəkəsi proqramı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Ənənəvi olaraq, hər il Tatarıstan Respublikasının Kazan şəhərində İƏT Gənc İş Adamlarının Beynəlxalq Forumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti