...

Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur

Cəmiyyət Materials 7 Dekabr 2021 15:56 (UTC +04:00)
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti