...

Mövcud vaksinlər bütün ştammlara qarşı effektivdir - Fərrux Sədirov

Cəmiyyət Materials 11 Dekabr 2021 09:28 (UTC +04:00)
Mövcud vaksinlər bütün ştammlara qarşı effektivdir - Fərrux Sədirov

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Hazırda istifadə olunan vaksinlər COVID-19-un bütün ştammlarına qarşı bu və ya digər dərəcədə qoruyucudur.

Trend xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı da bu yöndə açıqlama yayıb.

"Vaksinlər yoluxmadan 100 faiz qorumur, lakin ağır xəstəlik və ölüm hallarından yüksək faizdə qoruyur. "Omikron"a qarşı da müdafiə üçün immun sistemimizi oyaq tutmalı, qüvvətləndirici dozanı qəbul etməliyik" - mütəxəssis bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti