...

Bu məktəblərdə də əyani dərslər bərpa edildi

Cəmiyyət Materials 16 Dekabr 2021 09:27 (UTC +04:00)
Bu məktəblərdə də əyani dərslər bərpa edildi

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məumat verilib.

Belə ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti