...

İnformatika fənni üzrə yeni qəbul proqramı hazırlanıb

Cəmiyyət Materials 28 Dekabr 2021 15:36 (UTC +04:00)
İnformatika fənni üzrə yeni qəbul proqramı hazırlanıb

Bakı. Humay Ağacanova - Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

DİM-dən Trend-ə verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycanrus dillərində) tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti