...

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 5 Yanvar 2022 10:19 (UTC +04:00)
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Trend-in məlumatına görə, qəbulda Nizami rayonundan olan seçiciləri, o cümlədən ölkəmizin digər bölgələrindən olan vətəndaşlar ilə müzakirələr aparan K.Nurullayeva, onların dilə gətirdiyi şikayət və problemlərlə yaxından maraqlanıb.

Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı çətinliklər, vətəndaşların sosial müavinətin alınması, habelə əlilliyin müəyyən olunması ilə əlaqədar üzləşdiyi problemlər, Vətən müharibəsi veteranının işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer alıb.

Millət vəkili Könül Nurullayeva eyni zamanda bildirib ki, qəbulda vətəndaşların səsləndirdiyi bütün müraciətlər qeydiyyata götürülüb və onlar ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti