...

Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək

Cəmiyyət 18 Yanvar 2022 14:48 (UTC +04:00)
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək

Bakı. Trend:

28 yanvar 2022-ci il tarixdən etibarən "AzərSpace" peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur.

Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Bu məqsədlə qeyd olunan texniki parametrlərdən istifadə olunacaq:

  • Frequency: 11175
  • Symbol Rate: 30000
  • Polarization: Horizontal
  • FEC: 3 / 4.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti