Bakı. Humay Ağacanova - Trend:
2021-ci ildə Biontech/Pfizer və AstraZeneca/Vaxzevria vaksinlərinin ölkəyə gətirilməsi təmin edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir. COVAX təşəbbüsü çərçivəsində verilən vədə əməl olunaraq 2021-ci ildə Biontech/Pfizer və AstraZeneca/Vaxzevria vaksinlərinin ölkəyə gətirilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, 2021-ci ildə ölkəyə təsdiq olunmuş müqavilələrə əsasən 16 937 790 doza vaksin dərman vasitəsi gətirilib.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 813 min 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 214 min 125, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 729 min 273, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 870 min 445 təşkil edir.