...

"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2022 13:19
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Tarix fakültəsinin tanınmış məzunları ilə görüş" mövzusunda silsilə tədbirlərin ilk qonağı Milli Məclisin deputatı Naqif Həmzəyev olmuşdur.

Tədbiri Tarix fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Elnur Əbilov giriş sözü ilə açıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev tələbələrlə olan səmimi görüşündə gənclərə öz tövsiyələrini verərək, tələbəlik illərindən bəhs etmişdir. O, bildirib ki, Tarix fakültəsi hər zaman Vətənə, millətə layiqli xidmət edən gənclər yetişdirmişdir.

Daha sonra Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov da gənclərlə səmimi söhbət apararaq, belə tədbirlərin fakültə və tələbələr üçün xüsusi rol oynadığını qeyd edib.

Bakı Dövlət Universitetinin humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov rəhbərlik adından öz təşəkkürünü bildirib, dövlətimizin həyata keçirdiyi gənclər siyasətindən danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti