...

Suriya və İraqdan gətirilən 50-yə yaxın uşaq sosial müəssisələrə yerləşdirilib

Cəmiyyət Materials 18 Fevral 2022 13:29 (UTC +04:00)
Suriya və İraqdan gətirilən 50-yə yaxın uşaq sosial müəssisələrə yerləşdirilib

Bakı. Humay Ağacanova - Trend:

2018-ci ildən bu yana 358 repatrientə sosial reabilitasiya xidmətləri göstərilib.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşən vəzifə ölkəyə repatriasiya olunmuş uşaqlara və valideynlərinə (analarına) ölkəyə gəldikdən sonra zəruri xidmətlər göstərməkdir.

"Əsasən, Suriya, İraqda repatriasiya olunan uşaqlar və onların valideynlərinə sosial xidmətlər göstərilib. Onların 340 nəfəri uşaq, 18 nəfəri isə valideynləri olub. Ötən il ərzində isə 81 uşaq repatriasiya olunub. Həmin uşaqlardan 49-u bizim Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib. Onlar mütəxəssislərin nəzarəti altındadır", -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti