...

Abituriyentlər üçün “İnformatika” vəsaiti hazırlanır

Cəmiyyət Materials 22 Fevral 2022 10:39 (UTC +04:00)
Abituriyentlər üçün “İnformatika” vəsaiti hazırlanır

Bakı. Humay Ağacanova - Trend:

2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanında informatika fənnindən imtahan verəcək abituriyentlər üçün “İnformatika” vəsaiti hazırlanır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 21-də informatika fənni üzrə işçi qrupun iclası keçirilib. Gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “Kompüter qrafikası” və “Veb-proqramlaşdırma” bölmələrinin müzakirəsi olub.

İclasda həm nəzəri hissənin, həm də həmin hissələrə aid olan “Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “Ümumiləşdirici tapşırıqlar”ın müzakirəsi aparılıb.

Müzakirə zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

İşçi qrupunun növbəti iclası 28 fevral 2022-ci il tarixində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti