...

Uşaqlarda autizmin ən çox rast gəlinən əlamətləri açıqlandı

Cəmiyyət Materials 24 Fevral 2022 12:15 (UTC +04:00)
Uşaqlarda autizmin ən çox rast gəlinən əlamətləri açıqlandı

Bakı. Humay Ağacanova - Trend:

Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər: məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi və s.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib.

Onun sözlərinə görə, valideyinlər uşaq doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirilməlidi.

"3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti