...

Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif edilir

Cəmiyyət Materials 1 Mart 2022 19:33 (UTC +04:00)
Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif edilir

Bakı. Trend:

Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif edilir.

Bu məsələ barədə Trend-in sualını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu təklif yenilik kimi görünsə də, Bakı şəhərində vahid parklanma kartı kimi kartlar var. Xüsusən də yeraltı parkinqlərdə belə bir sistem tətbiq edilir.

"Qış Parkı və ya Azadlıq Meydanı yaxınlığında olan parkinqlərə yaxınlaşıb həmin ərazidə yaşamağınız və ya işləməyinizlə bağlı hər hansı bir sənəd təqdim etsəniz, sizə aylıq bir kart verirlər və o kart vasitasilə ödənişinizi günlük qiymətin üçdəbiri səviyyəsində edirsiniz. Ombudsman təklif edir ki, vahid bir kart tətbiq edilsin və bu kart hər yerdə keçərli olsun. Bunun özü parklanma ilə bağlı maraqlı bir faktordur. Əksər xarici ölkələrdə bu sistemdən istifadə olunur. Hər halda, Ombudsman Səbinə Əliyeva da bunu nəzərə alaraq belə bir təklif verib. İnnovativ yeniliklər hər zaman diqqət çəkir, maraq cəlb edir və bu barədə elə qərarlar qəbul etmək lazımdır ki, səhv olmasın. Sistem tətbiq ediləcəksə, bunu təkmil formada etmək lazımdır ki, sonra üstündən xətt çəkilməsin”, - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti