...

Son amnistiya aktı 15 mindən çox şəxsə şamil edilib

Cəmiyyət Materials 11 Mart 2022 11:36 (UTC +04:00)
Son amnistiya aktı 15 mindən çox şəxsə şamil edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Zəfər günü ilə bağlı qəbul edilən amnistiya aktı 15 450 nəfərə şamil edilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyi yanında Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, onlardan 8626 nəfər cəzadan tam azad edilib: "6490 nəfərin cəza müddəti azaldılıb".

Qeyd edək ki, 2021-ci il noyabrın 5-də qəbul edilmiş amnistiya aktının icrası başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti