...

Azərbaycanda 53 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Cəmiyyət Materials 14 Mart 2022 15:32 (UTC +04:00)
Azərbaycanda 53 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb,168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlarda 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib, aktiv xəstə sayı 1 617 nəfərdir. Ölkədə son sutka ərzində 2 437, hazırkı dövrədək isə 6 635 319 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti